Nazirlik: Azərbaycan Bolqarıstanın qaz tələbatının 25%-ni təmin edəcək

Nazirlik: Azərbaycan Bolqarıstanın qaz tələbatının 25%-ni təmin edəcək
10:32 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan qazı Bolqarıstanın qaz istehlakının ¼ hissəsini təmin edəcək.
“Report” xəbər verir ki, bunu Bolqarıstanın BGNES saytına bu ölkənin Energetika Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan qazı 2020-ci ilin əvvəlində Bolqarıstana çatdırılacaq. Bu qazı Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria-IGB) isə 2019-cu ilin sonuna hazır olacaq.
Bildirilir ki, fevralın 23-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasında Bolqarıstanın energetika naziri Nikolay Pavlov da iştirak edəcək. “Cənub Qaz Dəhlizi layihəsi Bolqarıstanın Azərbaycan qazı ilə təminatında vacib rol oynayır. Məlum olduğu kimi, “Bulgargaz EAD” “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində illik 1 mlrd. kubmetr qazın alışı ilə bağlı uzunmüddətli saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının 1/4 hissəsini ödəyəcək. Bu da mənbələrin və qaz nəqli marşrutlarının şaxələndirilməsində əhəmiyyətli paydır”, - deyə Nazirlikdən bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/nazirlik-azerbaycan-bolqaristanin-qaz-telebatinin-25-ni-temin-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR