Bundestim Bakıya debütantla gəlir

Bundestim Bakıya debütantla gəlir
10:52 20 Fevral 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

"Leypsiq"in hücumçusu Timo Verner Bakıya gələcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

Bildirilir ki, Verner gələn ay DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Almaniya yığmasının Bakıya gələcək heyətində yer alacaq. Bundesliqanın XXI turunda baş tutan "Borussiya" (Mönhenqladbax) - "Leypsiq" görüşünü izləyən Bundestimin baş məşqçisi Yoahim Löv gənc forvardın çıxışından məmnun qalıb.
 
"Leypsiq"in 2:1 hesabı ilə qələbə qazandığı görüşdə 21 yaşlı oyunçu 1 qol və 1 assistlə yadda qalıb. Bununla cari mövsümdəki qollarının sayını 12-yə çatdıran Verner məhz yığmamızla oyunda debüt etmək imkanı qazanacaq.
 
Qeyd edək ki, Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR