"Barselona" Luis Enrike ilə bağlı qərarını açıqladı

"Barselona" Luis Enrike ilə bağlı qərarını açıqladı
10:52 20 Fevral 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"da baş məşqçi məsələsinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kataloniya klubu Luis Enrike ilə yollarını ayırmağa hazırlaşmır.

Bunu klub prezidenti Jozep Bartomeu jurnalistlərə açıqlamasında deyib. Prezident hətta hazırkı çalışdırıcı ilə yeni müqavilə imzalayacaqlarını da vurğulayıb: "Biz Luis Enrike ilə apreldə danışıqlara başlayacağıq. Klubun hədəfi onunla yeni müqavilə imzalamaqdı. Bizim B planımız yoxdu".

Bartomeu komandanın vitse-kapitanı Lionel Messi məsələsinə də toxunub. O bildirib ki, argentinalı da komandada qalacaq: "Azarkeşlər arxayın ola bilərlər. Leo burada qalmaq istəyir və heç yerə də getməyəcək. Danışıqlar müsbət məcrada gedir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR