"Formula 1" üçün qeydiyyat vaxtı açıqlandı

"Formula 1" üçün qeydiyyat vaxtı açıqlandı
11:23 20 Fevral 2017
400 İdman
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) iyunun 23-dən 25-dək Bakıda ikinci dəfə keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesinə başlayıb.

Publika.az xəbər verir ki, "Formula 1" Azərbaycan Qran Prisi daxil olmaqla, bütövlükdə 2017-ci il FİA "Formula 1" dünya çempionatının hər bir yarışı üçün media akkreditasiyası prosesi Beynəlxalq Avtomobil Federasiya (FİA) və Formula One Management (FOM) şirkəti tərəfindən təşkil olunur. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH vasitəçiliyi ilə həyata keçiriləcək. Akkreditasiya prosesi martın 31-i saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH rəsmi veb səhifəsində olan formanı dolduraraq onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/188542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR