“FES-də heç kəs sərt şəkildə faiz artımını düşünmür”

“FES-də heç kəs sərt  şəkildə faiz artımını düşünmür”
11:28 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

ABŞ Mərkəzi Bankının (FES) Klivlend şöbəsinin sədri Loretta Mester faiz artımı üçün şəraitin yetişdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Loretta inflyasiya təzyiqlərinin artması şəraitində FES-in faiz artımına getməsi üçün əngəl qalmadığını deyib:

"Əgər iqtisadiyyat getdiyi şəkildə davam edərsə, bu nöqtədə faizlərin artması barəsində rahatam. Mənim fikirim faizlərin zamanla mərhələli olaraq artırılması istiqamətindədir. İqtisadiyyatın hazırkı durumu faizləri yüksəltmək lazım olduğunu gündəmə gətirir. Amma onu deyə bilərəm ki, FES-də heç kəs sərt bir şəkildə faiz artımını düşünmür".

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/188543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR