BTC kəməri ilə ötən ay 427 min ton tranzit nefti nəql edilib

BTC kəməri ilə ötən ay 427 min ton tranzit nefti nəql edilib
11:32 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda magistral neft kəmərləri ilə 3 543,0 min ton neft nəql edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 80,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 838,8 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 426,5 min ton tranzit nefti də nəql edilib.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən "AÇG" nefti və "Şahdəniz" kondensatı daşınır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/btc-kemeri-ile-oten-ay-427-min-ton-tranzit-nefti-neql-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR