Yanvarda Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 5% artıb

Yanvarda Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 5% artıb
11:32 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 2 327,1 mln. kubmetr qaz nəql edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artım müşahidə olunub. Qazın nəqlinin 29,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 695,4 mln. kubmetr qaz ötürülüb. Cənubi Qafqaz Boru Kəməri ilə bu ilin yanvarında nəql olunan qazın həcmi ötən ilin müvafiq ayı ilə müqayisədə 4,9% çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/yanvarda-cenubi-qafqaz-boru-kemeri-ile-qaz-neqli-5-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR