2017-ci ilin "siftə"si

2017-ci ilin "siftə"si
11:42 20 Fevral 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz" 2017-ci ildə ilk xalını qazanıb.

2017-ci ilin "siftə"si Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasındakı məğlubiyyət seriyasına XIX turda son qoyub.

"Neftçi" ilə səfər oyununda qolsuz heç-heçəyə sevinən qərblilər bunadək ardıcıl 5 dəfə məğlub olmuşdu. Gəncə təmsilçisi sonuncu dəfə 83 gün öncə xal əldə etmişdi.
 
Maraqlıdı ki, "Kəpəz" oktyabrın 27-də də "Neftçi"dən xal almağı bacarmışdı. Gəncədəki görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlmişdi.
 
Bundan sonra "Kəpəz" ötən il "Qəbələ"yə 1:2, 2017-ci ildə isə "İnter"ə 1:4, "Zirə"yə 0:1, "Sumqayıt"a 1:3, "Qarabağ"a 0:1 hesabı ilə yenilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR