AMB-nin depozit hərracında tələb 4 dəfə azalıb

AMB-nin depozit hərracında tələb 4 dəfə azalıb
11:52 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. 
AMB-dən "Report"a verilən məlumata görə, hərracda 150 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bunun 31,8%-i qədər - 47,7 mln. manat olub. Bu isə fevralın 17-də keçirilmiş hərracla müqayisədə 4,3 dəfə azdır. 
Qeyd edək ki, bugünki hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-nin-depozit-herracinda-teleb-4-defe-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR