Azərbaycanda müddətli bank depozitlərinə maraq artır

Azərbaycanda müddətli bank depozitlərinə maraq artır
12:02 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanda cəmi depozit bazasının tərkibində müddətli depozitlərin həcmi 2017-ci il yanvarın 1-nə 14 652,6 mln. manat, tələb olunanadək (müddətsiz) depozitlərin həcmi isə 7 438,4 mln. manat təşkil edib. 
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, müddətli depozitlərin məcmu depozit bazasında xüsusi çəkisi hesabat dövrünə 66,3%, tələb oluanandək depozitlərin xüsusi çəkisi isə 33,7% təşkil edib. 
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə müddətli depozitlərin məcmu depozit bazasında xüsusi çəkisi 66%, tələb olunanadək depoitlər - 34% olub. Bu, əhalinin getdikcə müddətli depozitlərə üstünlük verdiyini göstərib. Xatırladaq ki, məcmu depozit portfeli 2016-cı ildə 1 340,4 mln. manat və ya 5,7% azalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-muddetli-bank-depozitlerine-maraq-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR