"Sumqayıt"ın qapıçısı Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib

"Sumqayıt"ın qapıçısı Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib
12:07 20 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev üçün yubileylə əlamətdar olub. Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı qolkiper Azərbaycan çempionatında 250-ci oyununu keçirib.
AZAL üzərində 1:0 hesablı qələbə zamanı qapısını toxunulmaz saxlayan Vəliyev əlcək sahibi kimi meydana çıxdığı 249 matçda 249 top buraxıb. Orta hesabla hər görüşdə 1 qola üzülən Fərhad 1998/1999 mövsümündə 1 matçı sahə oyunçusu kimi keçirib.
Ümumilikdə isə 250-ci qarşılaşmaya çıxan qolkiper bu həddə çatan 52-ci futbolçu olub. Vəliyev ən çox oyun keçirən qapıçılar arasında isə üçüncüdür. O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır.
Ölkə çempionatında 1997/1998 mövsümündə “Şəfa”nın (U-18 adlandığı vaxt) heyətində debüt edən qapıçı 20 il ərzində “Xəzər” (“Sumqayıt” və “Kimyaçı” adlandığı vaxt), Quba “Şahdağ”ı, “Viləş”, “Neftçi”, “Gənclərbirliyi”, “İnter”, “Qarabağ” və indiki klubu “Sumqayıt”da forma geyinib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-in-qapicisi-azerbaycan-premyer-liqasinda-yubiley-oyununu-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR