Türkiyədə azan xəbərdarlığı

Türkiyədə azan xəbərdarlığı
12:17 20 Fevral 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə məscidlərə azan verilməsi ilə bağlı xəbərdarlıq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Dini İşlər Nazirliyi məscidlərdə yoxlamalar apararaq bəzi səs cihazlarında problemlər aşkar edib. Yoxlamalardan sonra nazirlik azanın səs yüksəkliyinin 80 desibeldən çox olmaması barədə xəbərdarlıq edib.

Bundan başqa, yaxın məscidlərdə azanlar oxunan zaman səslərin qarışmaması üçün məhəllələrdə lokal mərkəzlərin yaradılması, azanı düzgün oxuyan imamların səs yazılarından ibarət azan portalının yaradılması da tövsiyə edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR