15 dərəcə isti olacaq - SABAH

15 dərəcə isti olacaq - SABAH
12:19 20 Fevral 2017
142 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə duman olacaq.  Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-2°, gündüz 8-12°, Bakıda gecə 0-2°, gündüz 10-12° isti olacağı gözlənilir.

 

 

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR