Növbəti bir ayda hava tez-tez dəyişəcək

Növbəti bir ayda hava tez-tez dəyişəcək
12:23 20 Fevral 2017
315 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən xalq təqviminə görə “boz ay” başlayır. 30 gün davam edəcək bu ayın belə adlandırılmasının səbəbi hava şəraitinin digər aylara nisbətən daha tez-tez dəyişməsilə bağlıdır. Bu isə “boz ay”ın özündən çox qışdan yaza olan keçid və bu keçiddə təbiətin dəyişkənliyinə əsaslanır.

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-dən qış fəsli başlayıb. Xalq təqvimində qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.

Belə ki, dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

Xalq inanclarına görə, Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə fevralın 19-da başa çatır, ayın 20-dən “boz ay” başlayır. Məhz “boz ay”da torpağı əkib-becərməyə hazırlayan yaz dumanları başlayır. Qışda da qış dumanları torpağın üzərinə enir. Ona görə də xalq içində “qış dumanı qar gətirər, yaz dumanı bar gətirər” kimi bir müdrik deyim formalaşıb. Yaz dumanlarının yumşaltdığı torpaq tədricən arata, şumlamağa hazırlanır.

“Boz ay”ın son həftəsinə “tüstü qaytaran” həftə deyilir. Bu isə həmin müddətdə əsən küləklərin tüstü bacalarından tüstüləri təkrar evin daxilinə qaytarması ilə əlaqəlidir.

Bu ayda tez-tez hava dəyişkənliyi özünü göstərir. Hava bir gün isti, bir gün soyuq, bir gün mülayim, bur gün yağışlı olur. Hətta bir gün ərzində hava bir neçə dəfə kəskin dəyişə bilir. Bu təbiət hadisələrilə bağlı xalq içində bu dəyişkənlik 4 fəsilin (yaz, yay, payız, qış) özünü - hərəsi bir gün və ya bir günün içində nümayiş etdirməsi kimi qiymətləndirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/188557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR