Evə girən şəxslər 85 yaşlı kişini öldürmək istədilər

Evə girən şəxslər 85 yaşlı kişini öldürmək istədilər
12:27 20 Fevral 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda evə girən şəxslər 85 yaşlı kişini öldürmək istəyiblər. 

Milli.Az DİN-ə istinadən xəbər verir ki, hadisə fevralın 4-də rayonun Quzanlı qəsəbəsində baş verib. 
Belə ki, həmin qəsəbənin sakini 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu ilə girən naməlum şəxslər ev sahibini yerə yıxaraq əlləri ilə boğmaq istəyiblər. Lakin bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər. 

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum olunmuş Ayxan Əliyev Ülvi Əhmədov tutulublar.

A.Əliyevin və Ü.Əhmədovun ətraflarında Ağdam RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların fevralın 17-də rayon ərazisindəki 1 mağazadan 300 manat pul və tütün məmulatı, habelə Quzanlı qəsəbə sakini Afiq Abbasovla birgə elə həmin gün daha 1 mağazadan 210 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaları da müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə A.Abbasov da tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR