Sabahın HAVAsı

Sabahın HAVAsı
12:27 20 Fevral 2017
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mili.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2° isti, gündüz 8-12° isti, Bakıda gecə 0-2° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR