Тaylandın ən böyük məbədində rahiblərlə polislər arasında qarşıdurma baş verib

Тaylandın ən böyük məbədində rahiblərlə polislər arasında qarşıdurma baş verib
12:37 20 Fevral 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Тaylandın ən böyük məbəd kompleksi olan Vat Phra Dhammakayada rahiblərlərlə Bankoq polisi arasında baş verən qarşıdurma nəticəsində bir neçə nəfər xəsarət alıb.
"Report" "Bangkok Post"a istinadən xəbər verir ki, iki polis əməkdaşı, 3 rahib və bir yaşlı qadın yüngül zədə alıblar.
Bankoq polisi rahib və dindarların etiraz aksiyası keçirdiyi məbəd kompleksinin ərazisində əməliyyat keçirib. Aksiya iştirakçıları məbədin keçmiş keşişinin 30 milyon dollardan çox vəsaiti mənimsəməkdə və meditasiya üçün evlərin tikilməsi məqsədilə qanunsuz yolla torpaq ərazisi əldə etməkdə ittiham edilərək həbs olunmasına etiraz edirlər. Baş keşişin özü və onun tərəfdarları bütün ittihamları rədd edir və təqiblərin siyası motiv daşıdığını bildirirlər.
Vat Phra Dhammakaya məbədinin keçmiş baş keşişinin minlərlə tərəfdarı polisin qurduğu barrikadaları yararaq məbədi əhatəyə alıblar.
Yerli hökumət nümayəndələri insanların yerli vaxtla saat 3-dək məbədi boşaltmalı olduğunu və polisə axtarış işlərini davam etdirməyə mane olmamağı elan edib. Əks halda, onları bir il müddətinə həbs və ya cərimə gözləyir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/taylandin-en-boyuk-mebedinde-rahiblerle-polisler-arasinda-qarsidurma-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR