“Təl-Əvivi yerlə-yeksan edəcəyik” - İRANDAN TƏHDİD

“Təl-Əvivi yerlə-yeksan edəcəyik” - İRANDAN TƏHDİD
12:38 20 Fevral 2017
208 Dünya
Ölkə mətbuatı
A- A+

“İsrail İrana hücum etməyə cəsarət edərsə, Təl-Əviv və Hayfanı yerlə-yeksan edərik”.

Publika.az FARS agentliyinə istinadən xəbər verir ki, bunu İnqilab Mühafizəçilərinin keçmiş komandiri Möhsün Rızai deyib.

O, bu gün İranın amerikalılar, ərəblər və türklərin edə bilmədikləri işləri bacardığını vurğulayıb.

“İran bu gün nöqtə vuruşu edən raketləri bazardakı qiymətdən səkkiz dəfə daha ucuz istehsal edir. İsrail İrana hücum etməyə cəsarət edərsə, Təl-Əviv və Hayfanı yerlə-yeksan edəcəyik. Hərçənd İran müharibə və macəra arxasında deyil”, - Möhsün Rızai vurğulayıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR