DƏHŞƏTLİ QƏZA: İğdırdan Naxçıvana gedən avtobusda ölən azərbaycanlılar var

DƏHŞƏTLİ QƏZA: İğdırdan Naxçıvana gedən avtobusda ölən azərbaycanlılar var
12:54 20 Fevral 2017
1373 Digər
Ölkə mətbuatı
A- A+

İğdırda dəhşətli yol qəzası baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İğdırdan Naxçıvana gedən yolda qeydə alınıb.

 

İki sərnişin avtobusu toqquşub. 7 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirlir. Hadisə yerinə çox sayda ambulans və xilasedici cəlb edilib.

 

Nəqliyyat vasitələrində sıxışıb qalan insanların olduğu qeyd edilir.

 

İğdır Dövlət Xəstəxanasından APA TV-yə verilən məlumata görə, ölən və yaralananlar arasında 6 Azərbaycan vətəndaşı var. Onlardan ikisi sürücülər, 4 nəfəri isə sərnişindir. Ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR