Arif Babayev üçün özəl gün

Arif Babayev üçün özəl gün
12:57 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti Arif Babayevin ad günüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, muğam ifaçısının 79 yaşı tamam olur. 

Qeyd edək ki, A.Babayev 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.
O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-"Leyli-Məcnun", "Əsli və Kərəm "), Aşıq Qərib (Z.Hacıbəyov-"Aşıq Qərib"), Camal (Ş.Axundova-"Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. 

1990-cı ildə tarixdə ilk dəfə "muğam professoru" adı alıb. İfaçı hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/519355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR