"Aeroflot" özəlləşdirilə bilər

"Aeroflot" özəlləşdirilə bilər
12:57 20 Fevral 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Aeroflot" aviaşirkəti özəlləşdirilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Vitali Savelyev TASS agentliyinə müsahibəsində deyib.

Bununla belə o qeyd edib ki, özəlləşdirmə prosesi Rusiya istehsalı olan aviatexnikanın şirkət tərəfindən alınmasından sonra baş verməlidir.

V.Savelyevin sözlərinə görə, hazırda "Aeroflot"un dəyəri 3 milyard dollardan çoxdur. Baş direktor şirkətin səhmlərinin 15 faizədək bahalaşa biləcəyini də qeyd edib.

O, həmçinin qeyd edib ki, hazırda aviaşirkətin səhmlərinin 49 faizi özəl investorlara məxsusdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR