Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir - İRAN XİN

Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir - İRAN XİN
13:14 20 Fevral 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

“Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”.

 

Bunu APA-nın sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, bu addım qəbulolunmazdır: “Düşünürük ki, bu addım Azərbaycan və Ermənistan arasında böhranın həllinə heç bir  kömək etməyəcək.  Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər”.

 

B. Qasimi xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Tehrana səfər edəcək. Onun sözlərinə görə, İranın Azərbaycana baxışı  aydın və dəqiqdir: “Bizim münasibətlərimiz möhkəmdir və çalışırıq ki, daha da inkişaf etsin”.

 

XİN-in sözçüsü qeyd edib ki, bu günlərdə İranın ədliyyə naziri Azərbaycanda səfərdə olub: “Cənab prezident İlham Əliyevin İrana səfəri bu yaxşı əlaqələrin daha da yaxşılaşmasına zəmin yaradacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR