Fərhad Vəliyev: 249 oyunda 249 qol

Fərhad Vəliyev: 249 oyunda 249 qol
13:27 20 Fevral 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XIX turu “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev üçün yubileylə əlamətdar olub. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper Azərbaycan çempionatında 250-ci oyununu keçirib. 


AZAL üzərində 1:0 hesablı qələbə zamanı qapısını toxunulmaz saxlayan Vəliyev əlcək sahibi kimi meydana çıxdığı 249 matçda 249 top buraxıb. Orta hesabla hər görüşdə 1 qola üzülən Fərhad 1998/99 mövsümündə 1 matçı sahə oyunçusu kimi keçirib.


Ümumilikdə isə 250-ci qarşılaşmaya çıxan qolkiper bu həddə çatan 52-ci futbolçu olub. Vəliyev ən çox oyun keçirən qapıçılar arasında isə üçüncüdü. O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır.


Ölkə çempionatında 1997/98 mövsümündə “Şəfa”nın (U-18 adlandığı vaxt) heyətində debüt edən qapıçı 20 il ərzində “Xəzər” (“Sumqayıt” və “Kimyaçı” adlandığı vaxt), Quba “Şahdağ”ı, “Viləş”, “Neftçi”, “Gənclərbirliyi”, “İnter”, “Qarabağ” və indiki klubu “Sumqayıt”da forma geyinib.


mövsüm

komanda

oyun

Buraxılan qol

1997/98

U-18

7

-16

1997/98

Sumqayıt

1

0

1998/99

Kimyaçı (Sumqayıt)

10

-30

1999/2000

Kimyaçı (Sumqayıt)

14

-22

2000/01

Şahdağ (Quba)

4

-12

2000/01

Viləş (Masallı)

4

-4

2003/04

Neftçi (Bakı)

1

0

2004/05

Gənclərbirliyi (Sumqayıt)

14

-23

2005/06

İnter (Bakı)

19

-9

2006/07

İnter (Bakı)

22

-11

2007/08

Qarabağ (Ağdam)

24

-13

2008/09

Qarabağ (Ağdam)

23

-18

2009/10

Qarabağ (Ağdam)

29

-24

2010/11

Qarabağ (Ağdam)

21

-16

2011/12

Qarabağ (Ağdam)

4

-7

2012/13

Qarabağ (Ağdam)

17

-10

2013/14

Qarabağ (Ağdam)

12

-7

2014/15

Qarabağ (Ağdam)

3

-2,1

2015/16

Qarabağ (Ağdam)

2

-2

2016/17

Sumqayıt

19

-23

 

Cəmi

250

249


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-frhad-vliyev-249-oyunda-249-qol-t56399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR