İkinci dünya müharibəsində Hitlerin istifadə etdiyi telefon 243 min dollara satılıb. Lent.az-ın xarici KİV-ə istinadən məlumata görə, telefon ABŞ-ın Çesapik şəhərində keçirilən auksionda satışa çıxarılıb. Alıcının kimliyi açıqlanmır.
Məlumata görə, adıgedən telefon Hitlerin bunkerindən tapılıbmış. Sovet əsgərləri həmin telefonu britaniyalı zabit Ralf Reynerə suvenir kimi bağışlayıbmış.