"Barselona"da böyük dəyişiklik: Sampaoli gəlsə...

"Barselona"da böyük dəyişiklik:   Sampaoli gəlsə...
13:47 20 Fevral 2017
140 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın Çempionlar Liqasının PSJ-yə 0:4 hesablı məğlubiyyəti baş məşqçi Luis Enrikenin gələcəyini sual altında qoyub. Düzdü, klub rəhbərliyi argentinalı mütəxəssisin istefaya göndərilməyəcəyini bildirib. Lakin mətbuat başqa iddialarla çıxış edir.


"Don Balon" xəbərinə görə, "Barselona" rəhbərliyi "Sevilya"nın baş məşqçisi Xorxe Sampaoli ilə danışıqlar aparır. Xəbərdə bildirilir ki, Sampaoli Kataloniya klubuna gəlsə, komandanın sabiq üzvü, hazırda "Arsenal"da çıxış edən Aleksis Sançesi də gətirəcək. 28 yaşlı hücumçu Çili millisində Sampaolinin rəhbərliyi altında çıxış edib.


Qeyd edək ki, "Barselona" Sançesi 2011-ci ildə "Udineze"dən 28 milyon avroya alıb və 3 il sonra "Arsenal"a 42,5 milyon avroya satıb.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotda-boyuk-dyiiklik-t56400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR