Tennisçilərimiz Fransada çempion oldular - FOTO

Tennisçilərimiz Fransada çempion oldular - FOTO
13:57 20 Fevral 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın Metz şəhərində gənclər arasında keçirilən stolüstü tennis üzrə "Fransa Open" çempionatında komanda yarışları başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasındən Milli.Az-a verilən məlumata görə, qızlardan ibarət Azərbaycanın yığma komandası I yeri tutaraq çempionatın qalibi olub.

Oğlanlardan ibarət komandamız isə II yerə layiq görülüb.

Qeyd edək ki, qızlar arasında şəxsi yarışlarda da Azərbaycan tennisçisi qızıl medal qazanıb.

Zəfər Tağı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR