Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb

Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb
14:12 20 Fevral 2017
136 Dünya
Ölkə mətbuatı
A- A+

Əbu-Dabi. 20 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb.
"Report"un Əbu-Dabiyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.
Qeyd edək ki, bugünlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox azalıb.
Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/birlesmis-ereb-emirliklerine-qar-yagib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR