Məşhur erməni Azərbaycan muzeyinə gəldi və vətəndaşlarımızla görüşdü - ŞOK TƏFƏRRÜAT

Məşhur erməni Azərbaycan muzeyinə gəldi və vətəndaşlarımızla görüşdü - ŞOK TƏFƏRRÜAT
14:18 20 Fevral 2017
1037 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda Gümrü Şəhər Araşdırmaları Mərkəzinin rəhbəri Aşot Mirzoyan Türkiyənin İğdır bölgəsində azərbaycanlılarla görüşündən danışıb.

Publika.az
xəbər verir ki, Türkiyə mediasına açıqlama verən Mirzoyan Ermənistanda ona yalan dediklərini bildirib: “Ermənistanda bildirirlər ki, Türkiyə ermənilər üçün təhlükəli yerdir. Lakin biz Türkiyədə erməni olduğumuzu deyərək, hər yerdə rahat şəkildə gəzirik. Bizə Türkiyənin bir çox yerindən keçərkən dayanmamaq tövsiyə edilmişdi. Xüsusilə İğdıra diqqət etməyimizi, orada yaşayan çoxsaylı azərbaycanlılardan ehtiyatlı olmağımızı bildirmişdilər. Lakin biz İğdıra getdik, Azərbaycan muzeyində olduq və bizi çox yaxşı qarşıladılar. Ermənistana qayıdandan bütün gördüklərimi danışdım və yalan danışdıqlarını açıq şəkildə bildirdim”.

Mirzoyan qeyd edib ki, Ermənistanda hakimiyyət əhalini qorxu ətrafında səfərbər etməyə çalışır: “Cəmiyyətə “iqtidardan xoşunuz gəlməsə də, milli birlik üçün dəstək verin, yoxsa hamımız məhv olarıq” fikri aşılanır”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR