"Rabitəbank" ölkənin 4 kommersiya bankı ilə bankomat şəbəkəsini birləşdirib

"Rabitəbank" ölkənin 4 kommersiya bankı ilə bankomat şəbəkəsini birləşdirib
14:22 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ “Rabitəbank” ASC onun plastik kartına sahib olmuş müştərilərinə vəsaitlərini əlavə olaraq 4 bankda sərfəli şərtlərlə (1%-lik xidmət haqqı ilə) nağdlaşdırmaq imkanı yaradıb.
Bu barədə “Report” Banka istinadən xəbər verir.
Məlumatda deyilir ki, bunlar “Bank Respublika”, “Caspian Development Bank”, "Muğanbank” və "Turanbank” ASC-lərdir. Son nəticədə “Rabitəbank”ın bankomat şəbəkəsindəki qurğuların sayı 192-yə çatıb. Bunlardan 131-i Bakıda, 61-i isə paytaxtdan kənarda yerləşir.
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rabitebank-olkenin-4-kommersiya-banki-ile-bankomat-sebekesini-birlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR