"Ronaldu və onun ailəsinə böyük hörmətim var"

"Ronaldu və onun ailəsinə böyük hörmətim var"
14:32 20 Fevral 2017
143 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın sabiq müdafiəçisi Dani Alveş "Real"ın ulduzu Ronalduya qarşı antipatiyası olmadığını bildirib.

Katalon klubunda çıxış etdiyi dönəmdə Alveş dəfələrlə "Real"a sosial şəbəkələrdə məxsərə etmişdi. 2015-ci ildə "Qızıl top"un təqdimatı zamanı isə Ronaldu ona özünü axmaq yerinə qoymamağı məsləhət görmüşdü.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, karyerasını "Yuventus"da davam etdirən Alveş bu barədə danışıb.

"Ronaldu ilə mübahisəmiz medianın ucbatından olmuşdu. Ronaldu və onun ailəsinə böyük hörmətim var. Bunu təkrar edirəm ki, məsələ tam aydınlaşsın. Tanrı onu qorusun. Ronaldu haqqında bəzi şeyləri deyəndə bunu hörmət çərçivəsində etmişəm. Demişəm ki, mühüm rol oynayanda insanların diqqət mərkəzində olursan. Uduzanda isə səni "günah keçisi" edirlər. Eyni fikirlərim Messi və Neymara da aiddir. Ronaldonun xətrinə dəyəcək heç nə deməmişəm. Media bunu fərqli formada təqdim etmişdi. Kriştianu bunlara inandı və FİFA-nın mənzil qərargahında mənimlə görüşmədi. Qəzet səhifələrinə düşmək üçün başqaları haqqında danışmağa ehtiyacım yoxdur", - təcrübəli müdafiəçi qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR