Şok iddia: Prosineçkini millimizə mafiya gətirib - VİDEO

Şok iddia: Prosineçkini millimizə mafiya gətirib -   VİDEO
14:37 20 Fevral 2017
167 İdman
Ölkə mətbuatı
A- A+

Türk məşqçi Giray Bulak Robert Prosineçkinin Azərbaycan millisinə gəlişi barədə maraqlı açıqlamalar verib. Fanat.Az xəbər verir ki, o, "TRT Spor"a açıqlamasında bunları deyib: 

"Hamı bilir ki, Robert Prosineçkinin “Kayrserispor”da işi necə uğursuz oldu. Amma nə olsun, bu gün o, Azərbaycan millisinin baş məşqçidi. Hansı xidmətlərinə görə? Şota Arveladze yaxşı məşqçidi. Amma bu gün İsraildə çalışır və orta səviyyəli “Alanyaspor” klubuna keçməyə yaxındı. Balkan məşqçilərin arxasında güclü menecer lobbisi durub".

Giray Bulak bunu Balkan mafiyasının fəaliyyəti ilə əlaqələndirib: "İqor Tüdor bundan əvvəl çalışdığı “Karabükspor”dakı səfər matçlarında cəmi 4 xal yığıb. Məgər, belə nəticəsi olan məşqçini böyük komandaya gətirərlər? Gəlin, onunla “Kayserispor”da qısa zamanda yaxşı iş görən Sərgən Yalçını müqayisə edək. Niyə bu gün “Qalatsaray” Sərgəni deyil, Tudoru komandaya dəvət edir? Ona görə ki, türk klublarının prezidentlərinin Balkan menecer mafiyası ilə əlaqəsi var. Balkan ölkələrindən bir məşqçinin qısa fəaliyyəti kifayət edir ki, böyük klublara getsinlər. Biliç “Beşiktaş”da nəyə nail oldu və indi hardadı? “Everton”da! Şenol Günəş “Beşiktaş”da əla iş görürür. Bəs onu niyə İngiltərəyə çağırmırlar?”


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ok-iddia-prosineckini-millimiz-mafiya-gtirib-t56402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR