Çərşənbə iməcilikləri keçiriləcək

Çərşənbə iməcilikləri keçiriləcək
14:42 20 Fevral 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində "Çərşənbə iməcilikləri" layihəsinə start verilib.

İdarədən Milli.Az-a verilən məlumata görə, məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.

Layihə çərçivəsində Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə münasibətilə Bakı şəhəri üzrə 12 inzibati rayonun ümumi təhsil məktəblərində kütləvi olaraq, müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəbyanı ərazilərdə iməciliyin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, su, od, yel və torpaq çərşənbələrinə həsr olunan iməciliklərin keçirilməsi ilə şagirdlər qədim ənənələrə söykənən, Azərbaycan xalqının milli ünsürlərini özündə birləşdirən Novruz bayramının tarixi, Novruz adət-ənənələri barədə daha geniş məlumat ala biləcəklər.  

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR