Alman diplomat Qarabağa qanunsuz səfər edib

Alman diplomat Qarabağa qanunsuz səfər edib
14:48 20 Fevral 2017
151 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Ermənistandakı keçmiş (2012-2015-ci illərdə) səfiri Reiner Morell Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, alman diplomat bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı erməni rejimi tərəfindən təşkil edilən qondarma “referenduma” da “xarici müşahidəçi” qismində qatılıb.

Reiner Morell Xankəndində erməni jurnalistin sualını da cavablandırıb:

“Qarabağla yaxından tanış olmaq üçün bura gəldim və referendumu müşahidə edəcəm, öz təəssüratlarımı bölüşəcəm”.

Qeyd edək ki, Ermənistanın müstəqil mediası Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda qondarma “referendum” təşkil etməsini ucuz şou adlandıraraq, onların bu planının da iflasa uğradığını qeyd edib. Məlumatlarda deyilir ki, işğal altında olan Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma “referendumu” çox az sayda xarici müşahidəçilər və jurnalistlər müşahidə edir.

Vasif Həsənli



Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR