Hakim azyaşlı azarkeşin sözünü yerə saldı

Hakim azyaşlı azarkeşin sözünü yerə saldı
14:57 20 Fevral 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində dünən keçirilmiş "Bləkbörn" - "Mançester Yunayted" oyununda maraqlı an yaşanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ev sahiblərinin azyaşlı azarkeşinin addımı hamının marağını cəlb edib.

Belə ki, meydana futbolçularla birlikdə çıxan uşaqlardan biri matçın hakimi Martin Atkinsondan "Bləkbörn"ün futbolçularına vərəqə göstərməməyi xahiş edib. Onun bu hərəkətini "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo da təəccüblə qarşılayıb.
 
Atkinson azyaşlı "Bləkbörn" azarkeşinin xahişini tam olaraq yerinə yetirməyib. Belə ki, 90 dəqiqə ərzində referi ev sahiblərindən Derrik Uilyamsı sarı vərəqə ilə cəzalandırıb.
 
Qeyd edək ki, "Bləkbörn" - "Mançester Yunayted" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR