Rusiyalılar ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyirlər

Rusiyalılar ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyirlər
15:02 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Rusiyada sənaye istehsalı, əmək haqlarının artması və rublun möhkəmlənməsinə baxmayaraq, rusiyalılar ölkədə iqtisadi vəziyyətin pisləşəcəyini gözləyirlər. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiyanın məşhur "Levada-sentr" araşdırma şirkətinin yanvar ayı sorğusunun nəticələrində məlumat verilib. Sorğuya görə, rusiyalıların 78%-i ölkənin iqtisadi böhrana doğru irəlilədiyini bildiriblər. 
Qeyd edək ki, şirkətin 2016-cı ilin sentyabr sorğusunda bu göstərici 74% təşkil edib. Bu bədbin əhval-ruhiyyə öz əksini makroiqtisadi göstəricilərdə tapıb. Belə ki, ötən il Rusiyada ÜDM-in 50%-dən çox hissəsini təşkil edən istehlak həcminin göstəricisində azalma qeydə alınıb.
Xatırladaq ki, bu gün, fevralın 20-də Rusiyada pərakəndə satışın yanvar göstəricisinin açıqlanması gözlənilir ki, proqnozlara görə, bu, mənfi rəqəm olacaq. Əgər belə olarsa, o zaman bu sektorda azalma ardıcıl 25-ci ay davam edəcək. Qeyd edək ki, Rusiya iqtisadiyyatında 2016-cı ildə 0,2% azalma olsa da, pərakəndə satış və əhalinin real gəlirləri 5% düşüb.
"Bank of America"nın eksperti Vladimir Osakovskinin sözlərinə görə, pərakəndə satışda azalma pensiya və sosial transferlərin real dəyərinin düşməsi ilə əlaqədardır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyalilar-olkede-iqtisadi-veziyyetin-daha-da-pisleseceyini-gozleyirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR