"Rusiya istəsəydi, deyərdi ki, Dağlıq Qarabağdakı referendumu izləməyiniz məsləhət deyil"

"Rusiya istəsəydi, deyərdi ki, Dağlıq Qarabağdakı referendumu izləməyiniz məsləhət deyil"
15:12 20 Fevral 2017
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın məqsədi Azərbaycanı Ermənistan kimi vassal etməkdir.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri "referendum"u özləri kimi separatçı bölgələrdən olan Abxaziya və Cənubi Osetiyadan izləyənlər var: "Məsələn, onlardan biri Abxaziya "parlamentinin sədr yardımçısı" Emma Qamisoniyadır. Abxaz separatçılarının nümayəndəsi Xankəndidə elə belə də deyib: "Artsax əhalisi referendumda böyük həvəslə iştirak edir, məntəqələr dolub-daşır və bu bizi çox sevindirir. Bizi tarixi hadisənin şahidiyik, Artsaxın yeni konstitusiyası insan haqlarının qorunmasına (?!) böyük töhfədir".

Separatçıların qardaşlığını anladıq, ancaq bunu o separatçı qurumun nümayəndəsi deyir ki, ərazisi tamamən Rusiyanın siyasi, iqtisadi və hərbi nəzarəti altındadır. Rusiya Abxaziya və Cənubi Osetiyanı öz əlavəsinə çevirib, bu iki bölgədə qoşun birlikləri yerləşdirib".

Politoloq qeyd edib ki, Abxaziyada və Cənubi Osetiyada Rusiyanın bir sözünü iki edən yoxdur. Əgər Rusiya istəsəydi, əlinin altındakı separatçıların nümayəndələrinə deyərdi ki, Dağlıq Qarabağdakı referendumu izləməyiniz məsləhət deyil, oturun oturduğunuz yerdə: "Deməyib. Tam əksinə, onların Dağlıq Qarabağa getmələrinə yaşıl işıq yandırıb. Dağlıq Qarabağdakı "referendum"u izləyən müşahidəçilərin əksəriyyətini abxaz və osetin separatçılarının təşkil etməsi, Rusiyanın özünün də bu "referendum"da marağından irəli gəlir. Məqsəd Azərbaycanı Ermənistan kimi vassal etməkdir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/519402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR