Tbilisidə Azərbaycan və Gürcüstan sərhədlərinin mühafizəsinin əlaqələndirilməsi məsələləri müzakirə olunur

Tbilisidə Azərbaycan və Gürcüstan sərhədlərinin mühafizəsinin əlaqələndirilməsi məsələləri müzakirə olunur
15:22 20 Fevral 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 20 fevral. REPORT.AZ/ Fevralın 20-də Tbilisidə “Azərbaycan və Gürcüstan arasında quru sərhədlərin mühafizəsinin daha daha yaxşı əlaqələndirilməsi layihəsi” çərçivəsində ikitərəfli görüş başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycanın və Gürcüstanın dövlət sərhəd xidmətlərinin məsul əməkdaşları, digər aidiyyəti və beynəlxalq qurumların nümayəndələri iştirak edirlər.
Görüşdə əsasən transsərhəd cinayətlərin təhqiqatında ikitərəfəli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunur.
“Azərbaycan və Gürcüstan arasında quru sərhədlərin daha yaxşı mühafizəsinin əlaqələndirilməsi layihəsi"nin hüquq mühafizə orqanları ilə iş üzrə eksperti Soltan Hadıyev jurnalistlərə bildirib ki, əsas məqsəd transərhəd cinayətlərinin təhqiqatı prossesi və prosedurları ətrafında fikir mübadiləsi aparmaq, Avropa İttfaqı ölkələrində bu sahədə mövcud olan qabaqcıl təcrübəni öyrənmək və milli qanunvericilikdə, fəaliyyətdə tətbiqi yollarını müzakirə etməkdir.
Onun sözlərinə görə, bu sahədə ölkələrə Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin ekspertləri köməklik edəcəklər. Görüş iştirakçıları bu mərkəzin təqdim edəcəyi prezentasiyalarda iştirak edəcəklər, beynəlxalq təcrübəni öyrənəcəklər.
Sərhəddə hüquq mühafizə orqanlarının transərhəd cinayətlərin təhqiqatında, istintaqında birgə əməkdaşlığı məsələləri də diqqət mərkəzində olacaq.




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/tbiliside-azerbaycan-ve-gurcustan-serhedlerinin-muhafizesinin-elaqelendirilmesi-meseleleri-muzakire

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR