Azərbaycanda İkinci Buktreyler Festivalı keçiriləcək

Azərbaycanda İkinci Buktreyler Festivalı keçiriləcək
15:32 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda İkinci Buktreyler Festivalı keçiriləcək.

Bu barədə kinaktyor, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli məlumat vermişdir: "Bildiyiniz kimi, 2016-cı ildə Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə tərəfimdən Buktreyler Festivalı təsis edimiş və uğurla həyata keçirilmişdir. Bu gözəl hadisə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə Beynəlxalq Kitab Günü (23 aprel) ərəfəsində keçirilib.

Keçən il ilk dəfə keçirilməsinə baxmayaraq festival cəmiyyətdə böyük marağa səbəb olmuş və buktreyler anlayışının özünün bir yenilik olmasına baxmayaraq xeyli sayda buktreyler təqdim olunmuşdu. Festival günü tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev iştirak etmiş, qaliblərə cənab nazir tərəfindən imzalanmış diplomlar təqdim edilmişdir. Onu da xatırladım ki, keçən il qaliblər bu vaxtadək keçirilmiş tədbirlərdən ən güclü Münsiflər Heyəti ilə seçilən peşəkarlar tərəfindən müəyyən edilmişdir: Çingiz Abdullayev (yazıçı), Ramiz Fətəliyev (rejissor-ssenarist), Elxan Cəfərov (rejissor), Nadir Mehdiyev (operator), Ülviyyə Könül (rejissor).

Bütün bunları nəzərə alaraq festivalın hər il keçirilməsi qərara alınmışdır və bu il də keçiriləcəkdir. Hal-hazırda bunun üzərində çalışırıq. Hətta onu da qeyd edim ki, festivalın səsi sorağı xaricə də gedib çatmışdır və bu ildən etibarən qonşu ölkə Gürcüstanda da keçirəcəyik.

Keçən il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyi festivalın keçirilməsinə təşkilati dəstək verəcəkdir. Fürsətdən istifadə edib cənab nazir Əbülfəs Qarayevin rolunu xüsusi vurğulamaq və ona təşəkkürümü bildirmək istərdim, çün ki, məhs keçən il olduğu kimi bu il də o, bu təşəbbüsü dəstəkləyərək Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılmasına hər birimizin öz səylərimizi əsirgəməməyinə bariz nümunə olur.

Festivalın tərəfdaşı "Park Cinema" kinoteatrı, informasiya dəstəkçilərimiz isə "vesti.az", "Trend.az", "Milli.Az", "Day.Az", "Azernews.az" saytlarıdır.

Hər bir kəsi bu festivala qoşulmağa dəvət edir və uğurlar arzulayıram!"

Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhs bu səbəbdən, layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır!

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və www.facebook.com/BooktrailerFest
Facebook səhifəmizdən əldə edə bilərsiniz. Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2017@booktrailer.az

İşlərin son qəbul tarixi: 10 aprel, 2017


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/519399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR