İsmayıllıda zubrların saxlanılması üçün volyer tikiləcək

İsmayıllıda zubrların saxlanılması üçün volyer tikiləcək
15:32 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycanın Şahdağ Milli Parkının İsmayıllı bölgəsində “Zubrların reintroduksiyası” proqramı çərçivəsində 2 hektar ərazidə heyvanların müvəqqəti saxlanılacağı volyer tikintisi üçün yerli bir qurumla müqavilə bağlamaq niyyətindədir. "Report" Fonda istinadən xəbər verir ki, bu məqsədlə açıq tender elan edilib.
Tender sənədləri (təşkilatın qeydiyyat sənədləri, göstərilən sahədə təcrübəsi, maliyyə, texniki, professional imkanlarını təsvir edən sənədlər, tədbirləri icra etmək üçün təxmini büdcə təklifi) Bakı şəhəri, Səbail rayonu, 6-cı Böyük Qala döngəsi,11 ünvanına və ya ozarukaeva@wwfcaucasus.org elektron ünvana göndərilməlidir.

Zəruri sənədlər 3 mart saat 17:00-dək təqdim edilməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/i-smayillida-zubrlarin-saxlanilmasi-ucun-volyer-tikilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR