Azərbaycanlı futbolçunun erməni baş məşqçinin komandasına keçidi rəsmiləşib

Azərbaycanlı futbolçunun erməni baş məşqçinin komandasına keçidi rəsmiləşib
15:32 20 Fevral 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Rusiyanın "Spartak" və "Anji" klubları əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin icarə şərtlərini razılaşdırıblar. "Report"un məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi Mahaçqala komandasında mövsümün sonunadək çıxış edəcək.
Onun anlaşması mayın 31-dək qüvvədə olacaq.
Qeyd edək ki, Ayaz Quliyev "Spartak"ın yetirməsidir. O, ilk dəfə 2013-cü ildə Moskva təmsilçisinin əvəzedici heyətində, 2014-cü ildən "Spartak-2"də oynamağa başlayıb. Quliyev 19 yaşadək futbolçular arasında 2015-ci ildə keçirilmiş Avropa çempionatının gümüş mükafatçısı olub. "Anji"nin baş məşqçisi milliyyətcə erməni Aleksandr Qriqoryandır. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanli-futbolcunun-ermeni-bas-mesqcinin-komandasina-kecidi-resmilesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR