Sevgilisini çantada Türkiyəyə keçirmək istəyən gürcü tutuldu - FOTO

Sevgilisini çantada Türkiyəyə keçirmək istəyən gürcü tutuldu - FOTO
15:37 20 Fevral 2017
190 Dünya
Ölkə mətbuatı
A- A+

Hopa Sarp sərhəd gömrük keçid məntəqəsində Türkiyəyə girişi qadağan edilən 38 yaşlı gürcü qadın M.M. çantanın içərisində aşkar edilib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, gürcü S.A.-nın hərəkətlərindən şübhələnən polis çantanı açdırınca gözlərinə inana bilməyib. 

Tutulan M.M.-in Türkiyədə uzun illər olduğu, ancaq viza rejiminin pozulması səbəbiylə Türkiyədən 3 ay əvvəl deportasiya edildiyi ortaya çıxıb. M.M.-in Türkiyəyə daxil olma qadağası olduğu üçün sevgilisi S.A. ilə birlikdə bu yolu sınaqdan keçirdiyi ortaya çıxıb.

M.M. və S.A. nəzarətə alınıblar.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR