İranın Əhvaz şəhərində etiraz aksiyası keçirilib, iki nəfər ölüb

İranın Əhvaz şəhərində etiraz aksiyası keçirilib, iki nəfər ölüb
15:57 20 Fevral 2017
206 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ İranın cənubunda yerləşən Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində su və elektrik enerjisinin kəsilməsinə etiraz aksiyası zamanı daha bir nəfər ölüb.
“Report” “kanal a haber”ə istinadən xəbər verir ki, aksiya iştirakçısı İran İnqilab Keşikçiləri Qvardiyasının əsgərləri tərəffindən öldürülüb.
Etiraz akasiyası başlayan gün bir nəfər qvardiyaçılar tərəfindən öldürülmüşdü. Bu hadisə aksiyanın böyüyüb davam etməsinə səbəb olub.
 İranın neft və təbii qaz qayanqlarının 80 faizi Əhvazdadır. Əyalətin əhalisinin çoxu ərəbdir.
Sosial şəbəkədə “Əhvaz inqilabı üçün küçələrə çıxın!” şüarı ilə çağırış edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ranin-ehvaz-seherinde-etiraz-aksiyasi-kecirilib-iki-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR