Akademik Milli Dram Teatrında Lütfü Məmmədbəyovun xatirə tədbiri keçiriləcək

Akademik Milli Dram Teatrında Lütfü Məmmədbəyovun xatirə tədbiri keçiriləcək
16:02 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

 Bakı. 20 fevral. REPORT.AZ/ Akademik Milli Dram Teatrında dekabrın 23-də görkəmli teatr və kino xadimi, xalq artisti Lütfü Məmmədbəyovun 90 illik yubileyinə həsr olunan xatirə tədbir keçiriləcək. 
Teatrın mətbuat xidmətindən "Report"a  verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
Xatirə tədbirində L.Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Məhərrəm Bədirzadə onunla bağlı xatirələrini bölüşəcəklər.
Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə baş tutacaq anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Qeyd edək ki, Azərbaycan kinosunun və teatrının inkişafında böyük  xidmətləri olan Lütfü Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb.O, 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub.
Lütfü Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/akademik-milli-dram-teatrinda-lutfu-memmedbeyovun-xatire-tedbiri-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR