Keçən həftə Trampın yanında idi - Yataq görüntüləri yayıldı - FOTO

Keçən həftə Trampın yanında idi - Yataq görüntüləri yayıldı - FOTO
16:05 20 Fevral 2017
7556 Dünya
Ölkə mətbuatı
A- A+

Stiven Mnuçinin Oval Ofisdə, ABŞ prezidenti Donald Trampın qəbulunda and içdiyi mərasimdə aktrisa Luis Linton nişanlısını yalnız qoymamışdı.

ABŞ-ın maliyyə naziri Stiv Mnuçinin nişanlısının oynadığı açıq-saçıq səhnələr böyük əks-sədaya səbəb olub.

Şotland əsilli aktrisa Luis Lintonun son filmi "Intruder"də ("Dəvətsiz qonaq") rol aldığı yataq səhnələri başda "Daily Mail" olmaqla bir çox nəşrlərdə yayılıb. 

ABŞ-da keçən ilin iyunundan yayımına başlanılan filmdə 35 yaşlı aktrisayla birgə məşhur müğənni Mobi də rol alır. "Daily Mail" Mobinin Tramp əleyinə açıqlamaları ilə tanındığını xatırladıb.

Xatırladaq ki, təxminən 400 milyon dollarlıq sərvəti olan, ABŞ-da maliyyə naziri postuna gətirilən ən zəngin adam kimi tarixə keçən sabiq bankçı və film prodüseri S.Mnuçin keçən həftə Ağ evdə and içərək rəsmən vəzifəsinə başlamışdı.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR