Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri və xanımlarının Şəki və Qaxa səfəri başlayıb

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri və xanımlarının Şəki və Qaxa səfəri başlayıb
16:12 20 Fevral 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərlərinin və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunub.
Bu barədə “Report”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Bildirilib ki, səfəri Azərbaycan Respublikası Prezident Administrasiyası və XİN təşkil edib.
Səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.
Səfər fevralın 21-dək davam edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycandaki-diplomatik-numayendeliklerin-rehberleri-ve-xanimlarinin-seki-ve-qaxa-seferi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR