İran vətəndaşı su bəndinin fonunda selfi etmək istəyərkən həlak olub

İran vətəndaşı su bəndinin fonunda selfi etmək istəyərkən həlak olub
16:17 20 Fevral 2017
151 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ İranın cənub hissəsində yerləşən Ciruft şəhəri yaxınlığında sel fəlakətindən zərər görmüş bəndin fonunda selfi etmək istəyən şəxs həlak olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Qızıl Aypara" humanitar təşkilatının nümayəndələri bənd fonunda selfi çəkdirmək istəyən zaman İran vətəndaşını su apardığını bildirib. Mərhumun meyiti tapılmayıb.
Qeyd edək ki, regiondan ötən həftədən başlayan leysan yağışı irimiqyaslı daşqınlara səbəb olub, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, bir neçə kənd məhv olub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-vetendasi-su-bendinin-fonunda-selfi-etmek-isteyerken-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR