Əliyar Ağayev "DÇ-2018"in seçmə mərhələsinə təyinat ala bilər

Əliyar Ağayev "DÇ-2018"in seçmə mərhələsinə təyinat ala bilər
16:27 20 Fevral 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından heç birinə təyinat almayacaq. Bu barədə "Report"a AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Ağayevin qitəmiqyaslı klub turnirinin 1/8 final mərhələsinə təyinat alması mümkünüdü: "Əliyar üçün Avropa Liqasının 1/16 final mərhələsi oyunlarına təyinat gəlmədi. Lakin növbəti mərhələyə dəvət olacağını istisna etmirəm. Düzdü, yarış sona yaxınlaşdıqca onun təyinat alma şansı bir o qədər azalır. Ancaq hər şey mümkündür. Məsələn, ola bilər ki, ilk görüşlərdən birində böyük hesablı qələbə qeydə alınsın və cavab matçı formallığa çevrilsin. Belə olan halda ona dəvət gəlməsi ehtimalı daha çoxdu".

Komitə sədri bildirib ki, cari mövsümdə Avropa Liqasının qrup mərhələsinin "Roma" - "Astra", "Konyaspor" - "Braqa" və "Şalke" - "Nitsa" qarşılaşmalarını idarə edən azərbaycanlı FIFA referisinin həlledici matçlara təyinat alması real görünmür: "Onun 1/4 və yarımfinal mərhələlərinə, elcə də final görüşünə təyinat alması çətin məsələdi. Bu, inandırıcı deyil. Ağayevin "DÇ-2018"in seçmə mərhələsinin növbəti turunun oyunlarından birinə baş hakim qismində təyinat alma şansı daha böyükdü".

Qeyd edək ki, "DÇ-2018"in seçmə mərhələsinin növbəti - V turunun oyunları 24 - 26 martda keçiriləcək.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-liyar-aayev-quotdc-2018quotin-secm-mrhlsin-tyinat-ala-bilr-t56405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR