"Tramp Güləni Türkiyəyə verə bilər" - ABŞ səfiri

"Tramp Güləni Türkiyəyə verə bilər" - ABŞ səfiri
16:27 20 Fevral 2017
165 Dünya
Ölkə mətbuatı
A- A+

"Hazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən Türkiyəyə təhvil verilə bilər".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropa Birliyindəki yeni səfiri Ted Malloch "NTV"yə açıqlamasında deyib. 

Səfir Gülənin Türkiyəyə ekstradisiyasının mümkün ola biləcəyini vurğulayıb: "Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı bütün məlumatlara malikik. ABŞ prosesin sonunda Güləni niyə ekstradisiya etməsin ki? Obama administrasiyasında lazımi addımlar atılmamışdı. Bu təşkilatın Klinton Fondu ilə bağı olduğu ittihamları irəli sürülüb. Ancaq Tramp rəhbərliyinin Fətullah Güləni ekstradisiya edəcəyini düşünürəm", - deyə əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR