"İlhamə Quliyevanın Bülənt Ersoy kimi trans olduğunu düşünürdülər"

"İlhamə Quliyevanın Bülənt Ersoy kimi trans olduğunu düşünürdülər"
16:27 20 Fevral 2017
653 Şou
Ölkə mətbuatı
A- A+

"Türkiyədə evlilik proqramlarının birinə qatılan azərbaycanlı qızı transseksuala bənzətdikləri üçün məcbur olub mediaya uşaqlıq şəkillərini çıxarıb. Heç o şəkillərdə də özünə oxşamır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı İradə İsaq sosial şəbəkədə yazıb.

Aparıcı "Star TV"də yayımlanan "Zuhal Topalla" izdivac verilişinə qatılan azərbaycanlı gəlin namizədi Esmiranın plastik əməliyyat etdirməsinə irad bildirib:

"Bax nə məcburdur ki, o qədər plastik əməliyyat etdirəsən, ay bacı? Heç bir qram özünə oxşamırsan. Yeni adət də yaranıb. Əməliyyatdan sonra qızlar ağızlarını əyə-əyə, guya naz-qəmzəli danışmağa çalışırlar. Onda da lap o üzdəniraqlara oxşayırlar. Hətta bir dəfə Türkiyənin media işçiləri İlhamə Quliyevanın da Bülənt Ersoy kimi trans olduğunu düşünmüşdülər. Danışıq tərzi, makiyaj, əməliyyatlar başqa cür düşünməyə əsas vermirdi.
 
Yaxşı, qüsurunuz var, düzəldin. Ağız-gözünüzü şişirib dam boyda etmək sizə nə verir, ay canıyanmışlar?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/519412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR