35 oyun, 80 qol və yubiley məğlubiyyəti - matçdan sonra

35 oyun, 80 qol və yubiley məğlubiyyəti  - matçdan sonra
16:37 20 Fevral 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Son turda səfərdə “Qəbələ”yə 0:2 hesabıyla uduzan “Qarabağ” liderliyi əsas rəibinə təhvil verdi. Fanat.Az-ın hesablamalarına görə, ilk dəfə 2006/07 mövsümündə qarşılaşan bu rəqiblər indiyədək 35 çempionat matçına çıxıb.


Sergey Zenyov bu oyunlarda vurulan 79-cu, Filip Ozobiç isə 80-ci qola imza atıb.


“Qəbələ” kubok oyunları da daxil olmaqla(41 matçdan 6-sı ölkə kuboku çərçivəsində baş tutub), öz meydanında keçirdiyi 21-ci görüşdə top fərqindəki geriliyi aradan qaldırıb – 23:23.

 

0:2 Qurban Qurbanov üçün də arzuolunmaz yubiley məğlubiyyətidi. “Qarabağ”ın çalışdırıcısı “köhlən atlar”ın baş məşqçisi postunda 50-ci çempionat yenilgisini alıb.

 

 

Fanat.Az  


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-35-oyun-80-qol-v-yubiley-mlubiyyti-t56406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR